Ölkə
Mbappe yeni rekorda imza atdı

Futbol üzrə Fransa millisinin hücumçusu Kilian Mbappe yeni rekorda imza atıb.
AZERFAX.AZ xəbər verir ki, o, ardıcıl üç dünya çempionatının (2018, 2022 və 2026) 1/8 final mərhələsində qol vuran ilk futbolçu olub.
Forvard ötən gecə Paraqvayla matçın 70-ci dəqiqəsində penalti zərbəsini dəqiq yerinə yetirib. Həmçinin o, dünya çempionatlarının pley-off mərhələsində vurduğu qolların sayını 11-ə çatdıraraq bu göstərici üzrə rekordunu daha da yaxşılaşdırıb.
Qeyd edək ki, Fransa 1/4 finalda Mərakeşlə üz-üzə gələcək.
You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.



