AZERFAX TV

DÇ-2026-nın ən kreativ futbolçusu müəyyənləşdi

Misir millisinin hücumçusu Məhəmməd Salah 2026-cı il dünya çempionatında 300 və daha çox dəqiqə meydanda olan futbolçular arasında ən kreativ oyunçu olub.

AZERFAX.AZ xəbər verir ki, bu barədə “Squawka” statistik platforması məlumat yayıb.

Mənbənin məlumatına görə, misirli ulduz hər 90 dəqiqəyə orta hesabla 4,26 qol vəziyyəti yaradıb.

Bu göstəricidə ikinci yerdə Belçika millisinin futbolçusu Leandro Trossard (3,99) qərarlaşıb.

İlk beşlikdə yer alan digər futbolçular isə Fildişi Sahilinin üzvü Yan Diomande (2,99), Belçikanın kapitanı Kevin De Bruyne (2,99) və Almaniyanın yarımmüdafiəçisi Floryan Virtsdir (2,98).

Related Articles

Bir cavab yazın

Back to top button