“Yusif Petrol”un sahibinin oğlu arvadı ilə…

Xəbər verdiyimiz kimi, Qaradağ rayonu, qobustan qəsəbə sakini, 1981-ci il təvəllüdlü Asif Nağıyev idarə etdiyi BMW markalı avtomobillə həmyerlisi, 1983-cü il təvəllüdlü Azər Şahmuradovu qəsdən vurub. Daha sonra o, avtomobillə bir neçə dəfə zərərçəkənin üzərindən keçib.
AZERFAX.AZ xəbər verir ki, Milli.Az hadisənin detalları ilə bağlı məlumatlar öyrənib.
Hadisə şahidlərinin və öldürülən şəxsin yaxınlarının verdiyi məlumata görə, Asif Nağıyev və Azər Şahmuradov arasında ədavət indi baş verməyib.
“İlk dəfə Asif Nağıyevin həyat yoldaşı S.Nağıyeva Azər Şahmurodova mesaj yazıb. Bundan sonra isə A.Şahmuradov onu blok edib. Daha sonra yenidən başqa bir nömrədən yazışma olub. Məsələni öyrənən Asif Nağıyev buna görə Azər Şahmuradovu ittiham edib. Aprel ayında A.Şahmuradov, qardaşı Vasif Nağıyev və bibisi oğlu birləşərək Azər Şahmuradovla mübahisə ediblər və daha sonra onu döyüblər. Bundan sonra tərəflərdən barışıq olub və bu məsələ qismən bağlanıb.
Daha sonra isə A.Nağıyev yenidən A.Şahmuradovla haqq hesab çürütmək fikrinə düşüb. Hətta daha əvvəl də A.Nağyev A.Şahmuradovu avtomobillə izləyib. Sonuncu dəfə isə öz avtomobili ilə A.Şahmuradovu vurub və bir neçə dəfə üstündən keçib, ikinci aldığı xəsarətlərdən hadisə yerində ölüb. “
Milli.Az-ın əldə etdiyi məlumata görə, Asif Nağıyevin atası Yusif Nağıyev Ələt qəsəbəsində yerləşən “Yusif Petrol”un sahibidir.
Öldürülən Azər Şahmuradov isə SOCAR Nəqliyyat İdarəsi 6 saylı TND-də nəqliyyatların rəisi vəzifəsində çalışıb.
Qeyd edək ki, mətbuatda Asif Nağıyevin hadisəni Azər Şahmuradovun guya onun gəlninə sataşmasına törətməsilə bağlı xəbərlər yayılmışdı. Bu məlumat həqiqəti əks etdirmir. Asif Nağıyevin gəlini yoxdur, övladları məktəblidir.



