Ölkə

Trampdan İranla bağlı mesaj

ABŞ İranın nüvə proqramı ilə bağlı mövqeyini açıqlayıb.

AZERFAX.AZ xəbər verir ki, ABŞ Prezidenti Donald Tramp Ağ Evdə çıxışı zamanı Vaşinqtonun İranın nüvə silahına sahib olmasının qarşısını almaqda qətiyyətli olduğunu bildirib. Onun sözlərinə görə, ABŞ bu məsələdə ya razılaşma yolu ilə, ya da digər addımlarla məqsədinə çatacaq. Tramp neft qiymətlərindən də danışaraq onların əvvəlki dövrlərlə müqayisədə aşağı olduğunu qeyd edib və İranla aparılan danışıqlarda müəyyən güzəştlərə nail olunduğunu deyib. O, İranın nüvə silahına sahib olmayacağını vurğulayaraq zənginləşdirilmiş materialı “nüvə tozu” adlandırıb.

ABŞ Prezidenti əlavə edib ki, Vaşinqton istənilən halda nəticə əldə edəcək və prosesi tamamlamaq çətin olmayacaq.

You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.

Related Articles

Bir cavab yazın

Back to top button