“Müdafiə sənayesində inqilab etməliyik” – NATO-nun baş katibi

NATO-nun baş katibi Mark Rutte alyansın müdafiə sənayesində “inqilabi dəyişikliklərə” ehtiyac olduğunu bəyan edib.
AZERFAX.AZ xəbər verir ki, o, NATO sammitində çıxışı zamanı Rusiyanın hərbi sənayesini sürətlə gücləndirdiyini, Çinin silahlı qüvvələrini və nüvə potensialını genişləndirdiyini, Şimali Koreyanın isə nüvə proqramını inkişaf etdirməyə davam etdiyini bildirib.
Mark Rutte əlavə edib ki, İranın nüvə və ballistik proqramlarına ciddi zərbələr endirilsə də, ayıq-sayıq qalmaq vacibdir. Onun sözlərinə görə, Rusiya, Çin, İran və Şimali Koreya arasında əməkdaşlığın güclənməsi NATO üçün narahatlıq doğurur.
Baş katib vurğulayıb ki, mövcud təhlükəsizlik şəraiti alyansı müdafiə sənayesində köklü dəyişikliklər etməyə vadar edir.
You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.



