Messi Argentina – Misir matçının ən yaxşısı seçildi

Futbol üzrə dünya çempionatının 1/8 final mərhələsində Argentina və Misir yığmaları arasında keçirilən qarşılaşmanın ən yaxşı futbolçusu müəyyənləşib.
AZERFAX.AZ xəbər verir ki, matçın ən yaxşı oyunçusu adına Argentina millisinin kapitanı Lionel Messi layiq görülüb. Son dünya çempionu olan argentinalılar oyunun gedişində 0:2 hesabı ilə geridə olsalar da, Kristian Romero, Lionel Messi və əlavə vaxtın ikinci dəqiqəsində Enso Fernandesin qolları sayəsində növbəti mərhələyə vəsiqə qazanıblar.
Matçın son dəqiqələrində Misir yığması təzyiqə tab gətirə bilməyib. Komandanın kapitanı Lionel Messi isə növbəti dəfə liderliyini nümayiş etdirərək geridönüşün əsas memarlarından biri olub. 39 yaşlı hücumçu mundiallarda vurduğu qolların sayını 21-ə çatdırıb.
Messi əvvəlcə Kristian Romeronun başla vurduğu qolda məhsuldar ötürmənin müəllifi olub. Bundan cəmi dörd dəqiqə sonra isə Lautaro Martines və Qonsalo Montielin top uğrunda mübarizəsindən sonra yaranan fürsəti dəyərləndirərək hesabı bərabərləşdirib. Əlavə vaxtın ikinci dəqiqəsində isə Enso Fernandesin qolu Argentinaya 3:2 hesablı qələbə və 1/4 finala vəsiqə qazandırıb.
You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.



