Ankarada şam yeməyində Trampın kefi kök olub – Mertsin həyat yoldaşı ilə…

ABŞ prezidenti Donald Tramp NATO liderlərinin şam yeməyində yaxşı əhval-ruhiyyədə olub.
AZERFAX.AZ xəbər verir ki, Tramp görüşdə yenə də müttəfiqlərini İranla münaqişədə kifayət qədər dəstək vermədiklərinə görə tənqid edib.
Bu barədə “Bloomberg” mənbələrə istinadən məlumat yayıb.
Ziyafət zamanı Tramp özünü Almaniya kansleri Fridrix Mertsin həyat yoldaşı Şarlotta Merts ilə eyni masada tapıb və onunla siyasi və şəxsi məsələlər barədə söhbət edib.
Daha sonra kansler özü də söhbətə qoşulub və Almaniyanın hərbi xərcləri və İranla bağlı vəziyyətlə bağlı son fikir ayrılıqlarından sonra Amerika prezidenti ilə münasibətləri yaxşılaşdırmaq fürsətindən istifadə edib.
Qeyd olunur ki, ziyafətdəki ümumi atmosfer mehriban olaraq qalıb və Tramp Fransada keçirilən G7 sammitindən sonraya siyasətçilər arasında son fikir ayrılıqlarına baxmayaraq, İtaliyanın Baş naziri Meloni ilə də ünsiyyətdə olub.
Müəllif: Tural



