AZERFAX TV

Məşhur aeroporta Trampın adı verildi

Floridada Donald Trampın Mar-a-Laqo iqamətgahından bir neçə kilometr məsafədə yerləşən Palm-Biç Beynəlxalq Hava Limanının adının dəyişdirilməsi qüvvəyə minib.

AZERFAX.AZ xəbər verir ki, iyulun 9-dan etibarən hava limanı “Prezident Donald C. Tramp adına Beynəlxalq Hava Limanı” adlanır. Müvafiq qərar Florida hakimiyyəti tərəfindən bu ilin fevralında təsdiqlənmişdi.

Bundan əlavə, avqustun 18-dən hava limanının Beynəlxalq Hava Nəqliyyatı Assosiasiyası (IATA) üzrə kodu da dəyişəcək. Hazırda istifadə olunan PBI kodunun əvəzinə ABŞ prezidentinin baş hərflərinə uyğun olaraq DJT kodu tətbiq ediləcək.

Related Articles

Bir cavab yazın

Back to top button