Ölkə
Pambıq kimi yüngül görünən buludların çəkisi tonlarla imiş

Buludlar yüngül görünsə də, əslində yüzlərlə ton ağırlığında olur.
AZERFAX.AZ xəbər verir ki, alimlərin hesablamalarına görə, orta ölçülü topa buludun çəkisi təxminən 500 tondur. Buna baxmayaraq, buludlar sıxlığı ətrafdakı havadan az olduğu üçün səmada asılı qalır.
Buludun bu qədər ağır olmasının səbəbi onun milyardlarla kiçik su damcısından ibarət olmasıdır. Bu damcılar geniş sahəyə yayıldığı üçün bulud yüngül görünür. Təyyarələr də buludların içindən maneə hiss etmədən keçə bilir. Buludların ağ görünməsi isə su damcılarının Günəş işığını bütün istiqamətlərə eyni şəkildə əks etdirməsi ilə bağlıdır.
You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.



