AZERFAX TV
Tramp Netanyahu ilə İrana qarşı əməliyyatları müzakirə etdi

İsrailin Baş naziri Binyamin Netanyahu və ABŞ Prezidenti Donald Tramp telefon danışığı zamanı Körfəzi bölgəsindəki vəziyyəti müzakirə ediblər.
AZERFAX.AZ xəbər verir ki, bu barədə “The Times of Israel” qəzeti İsrail Baş nazirinin ofisinin yaydığı məlumata istinadla bildirib.
Məlumata görə, Tramp Netanyahuya ABŞ ordusunun İrana qarşı həyata keçirdiyi tədbirlər barədə məlumat verib.
Danışıq zamanı Netanyahu qonşu ölkələrdə İsrailin “bufer zonalarının” saxlanılmasının vacibliyini vurğulayıb. Hazırda belə zonaların Livan və Suriyada mövcud olduğu bildirilir.



