Ərdoğanın NATO liderlərinə hədiyyəsi müzakirə yaradıb

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın NATO sammitində liderlərə hədiyyə etdiyi xüsusi “Gumusay .357 Magnum” revolveri bəzi ölkələrdə fərqli reaksiyalara səbəb olub.
AZERFAX.AZ xəbər verir ki, Belçikanın Baş naziri Bart De Vever hədiyyənin içində revolver olduğunu yalnız ölkəsinə qayıtdıqdan sonra öyrənərək silahı hava limanı polisinə təhvil verib. Böyük Britaniyanın Baş naziri Kir Starmer isə silahı ölkəsinə aparmayaraq Türkiyədə saxlayıb.
Almaniya, Niderland və Avropa Komissiyası da hədiyyə olunan revolverlə bağlı müxtəlif qərarlar qəbul edib. Bildirilir ki, silahların bir qismi rəsmi kolleksiyalara və ya muzeylərə veriləcək.
Qeyd edək ki, revolverlər Türkiyənin dövlət silah istehsalçısı MKE tərəfindən hazırlanıb və hər birinin lüləsində hədiyyə edilən liderin adı həkk olunub.

You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.



