Ölkə
“Neftçi” Serbiya klubunu məğlub etdi

Sloveniyada təlim-məşq toplanışında olan “Neftçi” növbəti yoxlama oyununu keçirib.
AZERFAX.AZ-ın məlumatına görə, Yuri Vernidubun baş məşqçisi olduğu komanda Serbiyanın “Radniçi NİŞ” kollektivi ilə üz-üzə gəlib.
Qarşılaşma Bakı təmsilçisinin qələbəsi ilə yekunlaşıb – 3:0. Qolları Breno Almeyda (2) və Ağadadaş Salyansli vurub.
Xatırladaq ki, “Neftçi” daha əvvəl Serbiya təmsilçisi “Partizan”a 0:1, Rumıniyanın “ÇFR Kluj” komandasına 1:2 hesabı ilə uduzub.
You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.



