AZERFAX TV

ABŞ bu dəfə “İran elitasının maliyyəçisi”ni hədəf aldı

ABŞ İranla bağlı əlavə sanksiyalar elan edib. Yeni məhdudlaşdırıcı tədbirlər Hörmüz boğazında vəziyyətin gərginləşməsi fonunda tətbiq olunub.

AZERFAX.AZ xəbər verir ki, bu barədə ABŞ Maliyyə Nazirliyi məlumat yayıb.

Məlumata görə, sanksiyalar, xüsusilə, Birləşmiş Ərəb Əmirliklərində yaşayan, İran elitasının maliyyəçisi olan Əli Ənsarini hədəf alıb.

Nazirlik iddia edir ki, o, dövlət vəsaitlərini mənimsəyərək İran rəhbərliyinin maraqları naminə ölkə xaricində istifadə edib.

Yeni sanksiyaların bir sıra İran “kölgə valyuta mübadiləsi” şirkətini əhatə etdiyi də vurğulanıb.

Related Articles

Bir cavab yazın

Back to top button