Ölkə

“Real” və “Barselona”nın istədiyi futbolçu ilə bağlı qərar verildi

“Mançester Siti” müdafiəçisi Ruben Diasın transferi ilə bağlı qərarını verib.

AZERFAX.AZ xəbər verir ki, “Barselona” və “Real Madrid”in portuqaliyalı futbolçu ilə maraqlandığı bildirilsə də, İngiltərə klubu futbolçunu göndərmək istəmir. “Mançester Siti” rəhbərliyi 29 yaşlı müdafiəçini komandada saxlamaq istəyir. Məlumata görə, həm “Barselona”, həm də “Real Madrid” müdafiə xəttini gücləndirmək üçün Diasın transferini nəzərdən keçirib.

Qeyd edək ki, Ruben Dias 2020-ci ildə “Benfika”dan “Mançester Siti”yə transfer edilib. Futbolçunun “Mançester Siti” ilə müqaviləsi 2029-cu ildə yekunlaşır.

You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.

Related Articles

Bir cavab yazın

Back to top button