AZERFAX TV
ABŞ Milli Kəşfiyyat İdarəsində ixtisarların üçüncü mərhələsi başladı

ABŞ-ın Milli Kəşfiyyat İdarəsində ixtisarların növbəti dalğası başlayıb.
AZERFAX.AZ xəbər verir ki, bu barədə idarənin direktoru vəzifəsini icra edən Bill Pulti “X”də paylaşım edib.
“ABŞ Milli Kəşfiyyat İdarəsi əvvəlki istənilən dövrlə müqayisədə daha böyük səmərəlilik və məhsuldarlıqla fəaliyyət göstərir. Bu gün biz artıq hesab edilən və ya ikinci dərəcəli funksiyaları icra edən işçilərin ixtisarının üçüncü mərhələsinə başladıq”, – o bildirib.



