Ölkə

Təyyarədə təhlükli anlar, son anda ölümdən qurtuldu

Yunanıstandan Almaniyaya uçan Ryanair aviaşirkətinə məxsus təyyarədə qorxulu hadisə baş verib.

AZERFAX.AZ xarici mediaya istinadən xəbər verir ki, uçuş zamanı kabin pəncərələrindən birinin yerindən çıxması nəticəsində təyyarədə qəfil təzyiq itkisi yaşanıb. Nəticədə pəncərə kənarında əyləşən 61 yaşlı sərnişin təyyarədən çölə sovrulmaq təhlükəsi ilə üz-üzə qalıb.

Təyyarə havaya qalxdıqdan təxminən 10 dəqiqə sonra insident baş verib. Sərnişinlərin sözlərinə görə, əvvəlcə partlayışa bənzər güclü səs eşidilib. Pəncərənin yerindən çıxması nəticəsində təyyarənin salonunda güclü dekompressiya baş verib və oksigen maskaları avtomatik şəkildə açılıb.

Hadisə zamanı pəncərə kənarında oturan Serbiya vətəndaşı olan sərnişinin başı və çiyinləri təyyarədən çölə çıxıb. Onun tamamilə bayıra sovrulmasının qarşısını təhlükəsizlik kəmərinin bağlı olması və həyat yoldaşının dərhal müdaxilə etməsi alıb.

Yunanıstan xəstəxana rəsmilərinin verdiyi məlumata görə, qadın həyat yoldaşının ayaqlarından möhkəm yapışaraq onu təxminən beş dəqiqə saxlayıb. Daha sonra digər sərnişinlərin köməyi ilə kişi yenidən salonun içinə çəkilib.

Şok keçirən və bədənində sürtünmə nəticəsində yanıq xəsarətləri yaranan 61 yaşlı sərnişinin müalicəsi xəstəxanada davam etdirilir.

You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.

Related Articles

Bir cavab yazın

Back to top button