AZERFAX TV

Paşinyan keçmiş deputatlardan niyə milyonlarla təzminat tələb edir?

Ermənistan baş naziri Nikol Paşinyan keçmiş deputatlar Sofiya Ovsepyan və Edmon Marukyanı seçkilərlə bağlı açıqlamalarına görə məhkəməyə verib.

AZERFAX.AZın xəbərinə görə, bu barədə “Sputnik Armenia” “Telegram” kanalı məlumat verib.

Qeyd edilib ki, Paşinyan Ovsepyan və Marukyanı böhtan və təhqirdə ittiham edərək, təkzib vermələrini tələb edir.

Həmçinin Ermənistanın baş naziri təhqirlərə təzminat kimi 2 milyon dram (5400 dollar), böhtana görə təzminat kimi isə 4 milyon dram (təxminən 11 000 dollar) tələb edib.

Related Articles

Bir cavab yazın

Back to top button