Müctəba Xamenei: Atamın qisası mütləq alınacaq

İranın yeni ali lideri Müctəba Xamenei atası, keçmiş ali lider Əli Xameneinin dəfn mərasimi münasibətilə yayımladığı müraciətdə onun qisasının alınacağını bəyan edib.
AZERFAX.AZ xəbər verir ki, Müctəba Xamenei sosial media hesablarında paylaşdığı mesajda bildirib ki, atasının qətlinə görə məsul şəxslər cəzasız qalmayacaq.
“Qisas xalqımızın tələbidir və mütləq yerinə yetirilməlidir. Dünyanın azad insanları yaxın zamanda bu ilahi vəzifənin bir hissəsini həyata keçirəcəklər”, – deyə o qeyd edib.
Müctəba Xamenei müraciətində atasının müəyyən etdiyi yol ilə irəliləyəcəyinə söz verdiyini də vurğulayıb.
O, həmçinin bildirib ki, hər iki müharibədə həlak olanların və atasının qanının qisasını alacaqlarına söz verirlər.
“Bu cinayətkarlar bilməlidirlər ki, bu məsələ mənim və ya digər rəsmilərin varlığından asılı deyil. Biz olsaq da, olmasaq da, bu məqsəd həyata keçiriləcək. Onlar rahat ölüm arzusunu özləri ilə məzara aparacaqlar”, – deyə Müctəba Xamenei əlavə edib.
You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.



