AZERFAX TV

NATO-nun kəşfiyyat təyyarəsi Qara dəniz yaxınlığında

Qara dəniz sahillərində NATO-ya məxsus “Boeing E-3A Sentry” uzaq mənzilli radar aşkaretmə və idarəetmə təyyarəsi aşkar edilib.

AZERFAX.AZ xəbər verir ki, bu barədə TASS Avropa İttifaqının aviadispetçer xidmətlərindəki mənbəyə istinadla məlumat yayıb.

“Lüksemburqda qeydiyyatdan keçmiş NATO təyyarəsi hazırda Qara dəniz sahili rayonunda, Rumıniyanın hava məkanında dövrə vurur”, – deyə məlumatda bildirilib.

Qeyd edilib ki, Litvadan havaya qalxan təyyarə əvvəlcə Rumıniyanın mərkəzi hissəsi üzərində bir neçə dövrə vurub, bundan sonra kəşfiyyatçı təyyarə sahil istiqamətinə hərəkət edib. Hazırda o, 9 kilometr yüksəklikdə dairəvi trayektoriya üzrə uçuşunu davam etdirir. Təyyarənin avadanlığı hava obyektlərini 400 kilometrədək məsafədən identifikasiya etməyə imkan verir.

Hüseyn İbadlı

Related Articles

Bir cavab yazın

Back to top button