AZERFAX TV

Yaxın Şərqdə nə baş verir?

Yaxın Şərqdə vəziyyətin yenidən gərginləşməsi fonunda “Air Astana” aviaşirkəti Dubaya uçuş cədvəlində dəyişiklik edib.

AZERFAX.AZ xəbər verir ki, bu barədə aviaşirkət məlumat yayıb.

Aviaşirkətin məlumatına görə, 12 iyul, yerli vaxtla saat 7:10-da Astanadan Dubaya təşkil olunan KC205 reysi geri, hava limanına yönləndirilib. Bundan əlavə, saat 8:50-də Almatıdan Dubaya uçması planlaşdırılan KC897 reysi ləğv edilib.

“Air Astana” onu da bəyan edib ki, cədvəldəki əlavə dəyişikliklər barədə məlumat da dərc olunacaq.

Xatırladaq ki, 12 iyulda BƏƏ Müdafiə Nazirliyi İran raketləri və dronlarının vurulması barədə məlumat yayıb. Raket hücumları həmçinin Qətər və Bəhreynin hava məkanında da qeydə alınıb.

Müəllif: Tural

Related Articles

Bir cavab yazın

Back to top button