AZERFAX TV
Keçmiş əmirin ölümünə görə dörd günlük matəm elan olundu

Qətərdə keçmiş əmir Şeyx Həməd bin Xəlifə Al Taninin vəfatı ilə əlaqədar iyulun 12-dən etibarən dörd günlük ümummilli matəm elan olunub.
AZERFAX.AZ xəbər verir ki, bu barədə Qətər əmirinin dəftərxanası məlumat yayıb.
Məlumata görə, matəm günlərində dövlət bayraqları yarıyadək endiriləcək, iyulun 13-dən isə nazirliklər və digər dövlət qurumlarının fəaliyyəti müvəqqəti dayandırılacaq. Dövlət qulluqçuları iyulun 19-da işə qayıdacaqlar.
Qeyd edək ki, Şeyx Həməd bin Xəlifə Al Tani 74 yaşında vəfat edib. O, 1995-2013-cü illərdə Qətərə rəhbərlik edib və 2013-cü ildə hakimiyyəti oğlu, indiki əmir Şeyx Təmim bin Həməd Al Taniyə təhvil verib.



