AZERFAX TV

Təyyarə ilə səmada “sıxılıram” yazdı

“Ravenair” aviaşirkətinin pilotu sınaq uçuşu zamanı səmada “sıxılıram” (ingiliscə: “I’m bored”) yazıb.

AZERFAX.AZ xəbər verir ki, bu barədə BBC teleradio yayım korporasiyası məlumat yayıb.

Bildirilib ki, “Piper Tomahawk” təyyarəsinin 20 yaşlı pilotu hissə dəyişdirildikdən sonra hava gəmisinin işini yoxlamaq üçün Liverpul hava limanından havaya qalxıb. Uçuş iki saat davam edib. Bu müddət ərzində o, Böyük Britaniyadakı Uirral yarımadasının üzərindən uçub və səmada “I’m bored” (“Mən sıxılıram”) ifadəsini cızıb.

“Düşünürəm ki, o, həqiqətən bir az sıxılırdı, çünki bu, sadəcə sınaq uçuşu idi. Hərçənd, qeyd etmək lazımdır ki, o, olduqca yüksək pilotaj ustalığı nümayiş etdirib”, – deyə əməliyyat meneceri Ueyn Barrett bildirib.

Hüseyn İbadlı

Related Articles

Bir cavab yazın

Back to top button