AZERFAX TV
Leyla Rəhimova yeni klipi ilə gündəmdə

Müğənni Leyla Rəhimova doğum günündə həm özü, həm də dinləyiciləri üçün xoş sürpriz hazırlayıb.
AZERFAX.AZ xəbər verir ki, sənətçi həmkarı Mahir Zeynalovla birgə ərsəyə gətirdiyi yeni mahnı və ona çəkilən klipi musiqisevərlərin ixtiyarına verib.
“Təki sən səslə məni” adlanan yeni musiqili layihə romantik ovqatı və duyğusal ifası ilə diqqət çəkir.
Mahnının musiqisinin müəllifi Mahir Zeynalov, sözlərinin müəllifi isə tanınmış şair Eliağa Kürçaylıdır. Bəstənin aranjımanı da Mahir Zeynalov tərəfindən hazırlanıb. Klipin rejissoru isə Elsəvər Murtuzovdur.



