Ölkə

Zaqatalada itkin düşən yaşlı kişinin meyti çaydan tapıldı

Zaqatalada itkin düşən 62 yaşlı kişinin meyti çaydan tapılıb.

AZERFAX.AZ Apa-ya istinadən xəbər verir ki, Zaqatala rayonunun Dağlı kənd sakini 1964-cü il təvəllüdlü Xanlar Məmmədovun meyiti Tala çay ərazisində aşkar edilib.

Meyitin üzərində zorakılıq əlamətləri olmayıb.

Faktla bağlı Zaqatala rayon prokurorluğunda araşdırma aparılır.

Qeyd edək ki, meyti tapılan şəxsin bir neçə gün əvvəl evdən çıxıb geri qayıtmadığı bildirilir.

Related Articles

Bir cavab yazın

Back to top button