Şou Biznes
Azərbaycanlı model xərçəngdən vəfat etdi

Azərbaycanlı gənc model Xədicə Rəhimova xərçəng xəstəliyindən vəfat edib.
AZERFAX.AZ Bakupost.az-a istinadla xəbər verir ki, bu barədə sosial şəbəkədə məlumat yayılıb.
Qeyd olunub ki, 20 yaşlı model son altı il ərzində ağır xəstəliklə mübarizə aparıb.
Məlumata görə, 2022-ci ildə xəstəliyin yayılmasının qarşısını almaq məqsədilə onun ayağı amputasiya olunub. Buna baxmayaraq, X.Rəhimova daha sonra model kimi fəaliyyət göstərməyə başlayıb.



