Messi bütün oyunlarda bunu edir


Futbol üzrə Argentina yığma komandasının kapitanı Lionel Messi ilə bağlı maraqlı fakt üzə çıxıb.
AZERFAX.AZ xəbər verir ki, bu barədə məşhur “The New York Times” qəzəti geniş məqalə dərc edib. KİV-in apardığı araşdırma nəticəsində məlum olub ki, Messi meydanda olduğu vaxtın 63 faizini yeriyərək keçirir. O, matça əlavə olunmuş vaxtla birlikdə əgər 100 dəqiqə meydanda olubsa, bunun 25 dəqiqəsini hərəkətsiz qalıb. Kapitan yalnız komanda yoldaşlarından ötürmə alandan sonra yerindən tərpənib. Beləliklə, bəlli olub ki, Messi meydanda olduğu vaxtın 88 faizini yeriməklə və top gözləməklə keçirir.
Dünya şöhrətli futbolçunun oyunun cəmi 12 faizində qaçdığı məlum olub. Maraqlısı odur ki, o, bu vaxtın 8,6 faizini asta qaçmaqla keçirir. Messinin yaşıl meydanda olduğu vaxtın cəmi 3,4 faizini sürətlə qaçdığı təsbit edilib.
“The New York Times” qəzətinin yazdığına görə, Messi bəzi oyunlarda tərləmədən meydanı tərk edir. Nüfuzlu KİV bunu Messinin qeyri-adi futbol zəkasına sahib olması ilə əlaqələndirib.



