Şou Biznes

Məşhurlara qarşı narkotik əməliyyatı: Tanınmışlar saxlanıldı

Türkiyədə şou-biznes və media dünyasının tanınmış simalarına qarşı genişmiqyaslı narkotik əməliyyatı keçirilib.

AZERFAX.AZ xəbər verir ki, Bakırköy Prokurorluğu tərəfindən aparılan narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə bağlı araşdırmalar çərçivəsində hüquq-mühafizə orqanları hərəkətə keçib.

Əməliyyat zamanı ümumilikdə 25 nəfər barəsində saxlanılma qərarı verilib. Polisin keçirdiyi xüsusi əməliyyat nəticəsində saxlanılanlar arasında Türkiyənin məşhur müğənnisi Sıla, tanınmış prodüser, “MED Yapım” şirkətinin rəhbəri Fatih Aksoy və model İrem Haznedarın da olduğu bildirilir.

Faktla bağlı başlanmış istintaq çərçivəsində əməliyyat-axtarış tədbirləri və saxlanılan şəxslərin ifadələrinin alınması prosesi davam etdirilir.

Related Articles

Bir cavab yazın

Back to top button