ABŞ İranın müşahidə qülləsini belə məhv etdi

ABŞ Silahlı Qüvvələri İranın Çabahar şəhərinin limanında müşahidə qülləsini məhv edib.
AZERFAX.AZ xəbər verir ki, bu barədə ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığı (CENTCOM) məlumat yayıb.
“İyulun 16-da ABŞ qüvvələri Hörmüz boğazından keçən kommersiya gəmilərini izləmək və hədəfə almaq üçün onilliklər ərzində İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) tərəfindən istifadə edilən, İranın Oman körfəzi sahilləri boyu dəniz müşahidə sisteminin bir hissəsi olan Çabahar limanının müşahidə qülləsini uğurla məhv edib. Qüllənin məhv edilməsi SEPAH-ın günahsız mülki heyət üzvlərinə hücumları koordinasiya etmək qabiliyyətini birbaşa azaldır”, – deyə məlumatda qeyd olunub.
On July 16, U.S. forces successfully destroyed the Chah Bahar Shahid Kalantari Port surveillance tower, part of a maritime surveillance network along Iran’s Gulf of Oman coastline used for decades by the Islamic Revolutionary Guard Corps (IRGC) to track and target commercial… pic.twitter.com/CgBNvgOFf9
— U.S. Central Command (@CENTCOM) July 17, 2026



