İdman

“Fənərbağça”da qəfil ayrılıq: bu ulduz gedir

İstanbulun “Fənərbağça” klubu ulduz futbolçusu Mert Müldürlə yollarını ayırmağa hazırlaşır.

AZERFAX.AZ xəbər verir ki, bu iddia ilə İtaliya mediası çıxış edib. Xarici mətbuatın yazdığına görə, Avropa nəhəngi “Roma” Mert Müldürün xidmətində maraqlıdır. İtaliya klubunun ulduz futbolçunun transferi üçün İstanbul təmsilçisinə rəsmi müraciət göndərdiyi bildirilir.

Qeyd edək ki, 27 yaşlı müdafiəçi 4 il İtaliya çempionatında top qovub. O, ölkənin köklü klublarından olan “Sassuolo”nun şərəfini qoruyub.

Mert Müldür futbol üzrə Türkiyə yığma komandasının əsas üzvlərindən biridir.

Related Articles

Bir cavab yazın

Back to top button