AZERFAX TV
Maşın bazarında niyə alıcı tapılmır?

Bazarda avtomobil seçimi çox olsa da, satışlar demək olar ki, dayanıb.
AZERFAX.AZ Xəzər TV-yə istinadən xəbər verir ki, paytaxtdakı avtomobil satış mərkəzlərində son aylarda ciddi durğunluq müşahidə olunur.
Satıcıların sözlərinə görə, alıcılıq günü-gündən zəifləyir. Onlar bildirirlər ki, bir neçə ay əvvəlki dövrlə müqayisədə avtomobillərin markası, modeli, istehsal ili və texniki vəziyyətindən asılı olaraq qiymətlərdə ən azı 1500 manat ucuzlaşma qeydə alınıb.



