Ölkə
ABŞ ilə danışıqlar yenidən başlaya bilər


İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqai ABŞ ilə danışıqların yenidən başlaya biləcəyini bildirib.
AZERFAX.AZ xəbər verir ki, Bəqai bunun üçün İranın milli maraqlarının nəzərə alınmasının vacib olduğunu vurğulayıb. O qeyd edib ki, ölkəsi maraqlarını həm diplomatiya, həm də müdafiə vasitələri ilə qoruyur. Bekayi Hörmüz boğazı ilə bağlı İranın mövqeyinin dəyişməz olduğunu bildirib və boğaz üzərində suverenliyin müzakirəyə açıq olmadığını deyib. Onun sözlərinə görə, ABŞ-nin əvvəlki razılaşmalardakı öhdəliklərini pozması üçün heç bir əsas yoxdur.
Bəqai həmçinin bildirib ki, İran qarşı tərəfin öhdəliklərini yerinə yetirmədiyi halda öz öhdəliklərini icra etməyəcəyini daha əvvəl də açıqlayıb.



