Mozartın indiyədək bilinməyən 6 əsəri üzə çıxdı


Volfqanq Amadeus Mozartın 1778-ci ildə yazdığı və indiyədək məlum olmayan 6 yeni əsəri aşkar edilib.
AZERFAX.AZ xəbər verir ki, əsərlər bəstəkarın Parisdə Qines hersoqunun qızına dərs dediyi dövrdə qələmə alınıb. Bildirilir ki, həmin vaxt maddi sıxıntı yaşayan Mozart zəngin ailələrin övladlarına musiqi dərsləri verərək dolanıb. Məlumata görə, Qines hersoqu bəstəkardan qızı üçün həm dərs keçməsini, həm də birlikdə ifa edə biləcəkləri musiqi əsəri yazmasını istəyib. Lakin razılaşdırılan qonorarın yalnız yarısı ödənildiyi üçün Mozart bu addımı təhqir hesab edərək pulu qəbul etməyib. O, atasına yazdığı məktubda hersoqun ona hörmətsizlik etdiyini bildirib.
Mütəxəssislər qeyd edirlər ki, yeni tapılan əlyazmalar bu əsərlərin uzun müddət ərzində böyük zəhmətlə hazırlandığını təsdiqləyir.



