UEFA Konfrans Liqası: “Neftçi” Belarus klubuna uduzub


UEFA Konfrans Liqasının II təsnifat mərhələsində Azərbaycanın “Neftçi” və Belarusun “Dinamo” komandaları arasında ilk oyun başa çatıb.
AZERFAX.AZ xəbər verir ki, “Palms Sports Arena”da keçirilən görüş rəqibin 4:2 hesablı qələbəsi ilə yekunlaşıb.
Meydan sahiblərinin qollarını Emin Mahmudov və öz qapısına avtoqol vuran oyunçu Aleksandr Selyava rəsmiləşdirib.
Belarus klubunun qollarını Karen Vardanyan (dubl), Gulzigit Alykulov (penalti ilə) və Yevgeni Malaşeviç vurublar.
Qeyd edək ki, komandalar arasında cavab qarşılaşması iyulun 30-da təşkil olunacaq. Bu görüşün qalibi “Jelezniçar” (Serbiya) – “Braqa” (Portuqaliya) cütünün güclüsü ilə qarşılaşacaq.
21:21
UEFA Konfrans Liqasının II təsnifat mərhələsində keçirilən “Neftçi” – “Dinamo” (Minsk) qarşılaşmasında altıncı qol vurulub.
AZERFAX.AZ xəbər verir ki, matçın 77-ci dəqiqəsində Belarus təmsilçisi hesabı 4:2-yə çatdırıb. Guljigit Alykulovun yerinə yetirdiyi penalti zərbəsini “Neftçi”nin qapıçısı Rza Cəfərov dəf etsə də, futbolçu topu təkrar qapıya göndərərək fərqlənməyi bacarıb.
Beləliklə, “Dinamo” oyunda üstünlüyünü iki top fərqinə çatdırıb.
21.10
UEFA Konfrans Liqasının II təsnifat mərhələsinin “Neftçi” – “Dinamo” (Minsk) oyununda dördüncü qol vurulub.Qonaqlar hesabı bərabərləşdirib – 2:2.
AZERFAX.AZ-ın məlumatına görə, 47-ci dəqiqədə Yevgeni Malaşeviç fərqlənib.
20.19
UEFA Konfrans Liqasının II təsnifat mərhələsində keçirilən “Neftçi” – “Dinamo” (Minsk) oyununda Azərbaycan təmsilçisi matça uğurlu başlayıb.
AZERFAX.AZ xəbər verir ki, Bakıdakı “Palms Sports Arena”da keçirilən qarşılaşmada hesab cəmi 2-ci dəqiqədə açılıb. Komandanın kapitanı Emin Mahmudov dəqiq zərbə ilə “Neftçi”ni önə keçirib.
Ağ-qaralar üstünlüyünü 8-ci dəqiqədə daha da artırıb. Belarus təmsilçisinin futbolçusu Aleksandr Selyava avtoqol müəllifi olub və hesab 2:0-a yüksəlib.
Qarşılaşmanı Kiprdən olan FIFA referisi Konstantinos Fellas idarə edir.
Qeyd edək ki, komandalar arasında cavab oyunu 30 iyul tarixində keçiriləcək. Bu cütün qalibi UEFA Konfrans Liqasının III təsnifat mərhələsində “Jelezniçar” (Bosniya və Herseqovina) – “Braqa” (Portuqaliya) cütünün qalibi ilə üz-üzə gələcək.



