Dünya
Bu baş verərsə… – İrandan Trampın təhdidlərinə cavab

İran İnqilab Keşikçiləri Korpusu (SEPAH) ABŞ Prezidenti Donald Trampın İranın infrastrukturuna mümkün hücumlarla bağlı təhdidlərinə cavab verib.
AZERFAX.AZ xəbər verir ki, bu barədə SEPAH-ın Hərbi Hava və Kosmik Qüvvələrinin komandanı briqada generalı Məcid Musəvi bəyanat yayıb.
O, ölkənin körpülərinə və ya elektrik stansiyalarına zərbə endiriləcəyi təqdirdə, ABŞ-ın bölgədəki müttəfiqlərinin elektrik enerjisi təchizatının kəsiləcəyi barədə xəbərdarlıq edib.



