AZERFAX TV

ABŞ daha bir ölkəyə qarşı hərbi əməliyyata başlaya bilər

ABŞ administrasiyası “Əl-Qaidə” ilə əlaqəli qrup olan “Camaat Nusrat əl-İslam vəl-Müslim” ilə mübarizə aparmaq üçün Malidə hərbi əməliyyat keçirmək imkanını nəzərdən keçirir.

AZERFAX.AZ xəbər verir ki, bu barədə “The Washington Post” qəzeti Amerika rəsmilərinə istinadən bildirib.

Nəşrin məlumatına görə, hələlik yüksək vəzifəli məmurlar arasında fikir birliyi yoxdur, lakin ABŞ prezidentinin köməkçisinin müavini Sebastian Qorka bu cür hərəkətləri dəstəkləyir.

Uzun illərdir ki, Mali müntəzəm olaraq JNIM yaraqlıları və “Azavad Azadlıq Cəbhəsi”ndən olan Tuareq üsyançıları tərəfindən hücumlara məruz qalır.

Müəllif: Tural

Related Articles

Bir cavab yazın

Back to top button