AZERFAX TV

Belçikadan Avropa Birliyinə çağırış: Trampa qarşı birləşək

Belçikanın xarici işlər naziri Maksim Prevot Avropa Birliyini (AB) generik (ekvivalent/alternativ) dərmanlara yüksək tariflər tətbiq edən ABŞ prezidenti Donald Trampa qarşı birgə hərəkət etməyə çağırıb.

AZERFAX.AZ xəbər verir ki, nazir “X” sosial media platformasındakı paylaşımında dərman istehsal zəncirlərinin qlobal miqyasda bir-biri ilə əlaqəli olduğuna diqqət çəkib.

Prevot, generik dərmanlara ticarət maneələrinin qoyulmasının həm Avropada, həm də dünyanın digər yerlərində xərcləri artıra və dərman təchizatı təhlükəsizliyini zəiflədə biləcəyi barədə xəbərdarlıq edərək, “Aİ innovasiyanı və açıq və təhlükəsiz təchizatı qorumaqla hamının xeyrinə birlik içində cavab verməlidir” yazıb.

Tramp 2028-ci ilin avqust ayından etibarən generik dərmanların idxalına 100% tarif tətbiq olunacağını açıqlayıb.

Müəllif: Tural

Related Articles

Bir cavab yazın

Back to top button