Ölkə

Göyçayda ağır qəza: 1 nəfər xəsarət aldı

Göyçayda piyadanın xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.

AZERFAX.AZ-ın bölgə müxbirinin verdiyi məlumata görə, hadisə bu gün axşam saat 20:00 radələrində Göyçay-Ucar avtomobil yolunun Potu kəndindən keçən hissəsində qeydə alınıb. İlkin verilən məlumata görə, hərəkətdə olan “Vaz-21010” markalı minik maşını piyadanı vurub. Hadisə nəticəsində bir piyada müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Yaralı təcili olaraq Göyçay rayon Mərkəzi xəstəxanasına aparılıb.

Faktla bağlı araşdırma aparılır.

Related Articles

Bir cavab yazın

Back to top button