AZERFAX TV

Bu axşam vərdişi yuxunu pozur

Terapevt və somnoloq Ceyms Rouli və sirkad ritmləri üzrə mütəxəssis Ceymi Zeytzer axşam saatlarında qadjetlərdən istifadə etməyin yuxusuzluq yarada biləcəyi barədə xəbərdarlıq ediblər.

AZERFAX.AZ xəbər verir ki, yuxunu pozan bu vərdiş barədə onlar “US Weekly” ilə söhbətində danışıblar.

Mütəxəssislər vurğulayıblar ki, yatmazdan bir saat əvvəl xəbər lentini vərəqləmək və sosial şəbəkələrdə “Skrollinq” etmək təkcə qadjetlərin yaydığı mavi işığın melatonin istehsalını ləngitməsi və sirkad ritmlərini pozması baxımından zərərli deyil. Onların sözlərinə görə, məsələ ondadır ki, xəbərləri oxumaq beyni sakitləşdirmək əvəzinə, onu daha aktiv işləməyə məcbur edir.

“Əgər yatmazdan əvvəl sizdə stres və ya narahatlıq yaradan mövzuları araşdırırsınızsa, sağlamlıq üçün zəruri olan dərin bərpaedici yuxuya getmək sizə çətin olacaq”, – deyə Rouli xəbərdarlıq edib.

Zeytzer əlavə edib ki, axşam saatlarında əyləncəli məzmunun izlənilməsi də yuxusuzluğa səbəb ola bilər. O izah edib ki, belə videolar insanda oyaq qalmağa vadar edən həzz hormonu – dopaminin istehsalını stimullaşdırır.

Həkimlərin sözlərinə görə, yuxu problemlərindən qaçmaq üçün axşam saatlarında qıcıqlandırıcıların təsirini azaltmaq, ağlı və bədəni sakitləşdirmək lazımdır. Bunun üçün onlar gec saatlarda telefonla keçirilən vaxtı minimuma endirməyə çağırıblar.

Hüseyn İbadlı

Related Articles

Bir cavab yazın

Back to top button