Ölkə
Naxçıvanın bu ərazilərində qaz kəsiləcək


Naxçıvanın bəzi ərazilərində qaz təchizatı müvəqqəti dayandırılacaq.
AZERFAX.AZ Report-a istinadən xəbər verir ki, təmir-quraşdırma işləri ilə əlaqədar 24 iyul saat 14:10-dan işlər başa çatanadək Naxçıvan şəhərinin Atabəylər və Əlincə məhəllələrinin, eləcə də Əliqulu Qəmküsar küçəsinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.
Qaz təchizatının təmir-quraşdırma işləri yekunlaşdıqdan sonra bərpa ediləcəyi bildirilib.



