AZERFAX TV
UFC çempionunun intim yerinə toxundu, yumruqlandı

Amerikalı strimer SweaterGxd (əsl adı Adrian Sandoval) canlı yayım zamanı keçmiş UFC çempionu Kuinton Ceksonun intim yerinə toxunub və yumruqlanıb.
AZERFAX.AZ xəbər verir ki, bu barədə TMZ məlumat yayıb.
Hadisə 21 iyulda “Kick” platformasında canlı yayım zamanı baş verib.
Strimer döyüşçüyə yaxınlaşıb və zarafatla onun intim nahiyəsinə toxunub. Sandoval hərəkətlərini gey olması ilə izah edib.
Cekson son dərəcə qəzəblənib və strimerin üzünə iki yumruq vurub.
Bildirilir ki, günün sonunda döyüşçü və strimer barışıblar.



