Ölkə

Azərbaycan alma ixracını artırıb

Bu ilin yanvar-iyun aylarında Azərbaycan 47 min 867 ton alma ixrac edib.

AZERFAX.AZ xəbər verir ki, bu barədə Dövlət Gömrük Komitəsi məlumat yayıb.

Bu həcmdə almanın dəyəri 38 milyon 948 min ABŞ dolları olub.

Bu, ötən ilin müvafiq dövrü ilə müqayisədə həcm baxımından 2 min 753,82 ton (5,4 %) az, dəyər baxımından isə 3 milyon 389 min dollar (9,5 %) çoxdur.

Hesabat dövründə alma ixracından əldə edilən gəlir Azərbaycanın ixrac gəlirlərində cüzi paya malik olub.

6 ayda Azərbaycan xarici ölkələrlə 24 milyard 661 milyon ABŞ dolları dəyərində ticarət əməliyyatı aparıb. Bu, illik müqayisədə 1,1 % çoxdur.

Xarici ticarət dövriyyəsinin 16 milyard 320 milyon ABŞ dolları ixracın, 8 milyard 341 milyon ABŞ dolları isə idxalın payına düşüb. Son 1 ildə ixrac 26,7 % artıb, idxal isə 27,6 % azalıb.

Son nəticədə xarici ticarətdə 7 milyard 979 milyon dollarlıq müsbət saldo yaranıb. Bu da illik müqayisədə 5,9 dəfə çoxdur.

Related Articles

Bir cavab yazın

Back to top button