AZERFAX TV
Gürcüstandakı elektrik problemi Bakı-Tbilisi qatarına da təsir etdi

Bu gün səhər saatlarında Gürcüstanda Qardabani-Tbilisi dəmir yolu sahəsində elektrik enerjisi təchizatında yaranan problem səbəbindən Bakı-Tbilisi qatarının hərəkətində gecikmə baş verib.
“Azərbaycan Dəmir Yolları” QSC-dən AZERFAX.AZ–a bildirilib ki, qatar Tbilisiyə 2 saat 30 dəqiqə gecikmə ilə çatıb.
Qeyd edək ki, iyulun 24-də və 25-də yerli vaxtla saat 08:00 radələrində Gürcüstanda elektrik enerjisinin verilişində genişmiqyaslı fasilə yaranıb. Nasazlıq paytaxt Tbilisi ilə yanaşı, ölkənin bir sıra regionlarını da əhatə edib. Elektrik enerjisinin verilişində yaranan genişmiqyaslı fasiləyə səbəb 500 kilovoltluq “İmereti” elektrik ötürmə xəttinin sıradan çıxması olub.



