AZERFAX TV

Milli Yaylaq Festivalında dörd nəfər xəsarət alıb

Göygöldə keçirilən Yaylaq festivalında taxta konstruksiyanın uçması nəticəsində xəsarət alanların sayı artıb.

AZERFAX.AZ xəbər verir ki, festival ərazisində quraşdırılmış çardaq uçaraq yaxınlıqdakı insanların üzərinə aşıb.

İlkin məlumata görə, 4 nəfər xəsarət alıb. Onlar Gəncədə yerləşən xəstəxanalardan birinə yerləşdirlib.

Polis əməkdaşları ərazidə xəsarət alanların təxliyəsi və nəqliyyat vasitələrinin təhlükəsiz hərəkətinin təmin edilməsi istiqamətində tədbirlər görür.

Faktla bağlı araşdırmalara başlanılıb.

19:50

Göygöl rayonunda keçirilən Yaylaq festivalı zamanı taxtadan hazırlanmış çardaq aşıb.

AZERFAX.AZ Teleqraf-a istinadən xəbər verir ki, festival ərazisində quraşdırılmış taxta kölgəlik aşaraq insanların üzərinə düşüb.

İlkin məlumata görə, bir nəfər xəsarət alıb. Əraziyə təcili tibbi yardım briqadaları və aidiyyəti dövlət qurumlarının əməkdaşları cəlb olunub.

Yaralıya ilkin tibbi yardım göstərilib.

Faktla bağlı araşdırmalara başlanılıb.

Medial

Medial

Medial

Related Articles

Bir cavab yazın

Back to top button