İdman

Pulsuz gəlmişdi, astronomik məbləğə gedir –

“Mançester Yunayted” “Yuventus”un gənc istedadı Kənan Yıldızı transfer etmək üçün hərəkətə keçib. AZERFAX.az xəbər verir ki, futbolçu üçün İtaliya klubuna təklif göndərilib. İngiltərə mətbuatında yer alan xəbərə görə, “Yunayted” rəsmiləri ilk təmaslarını “Yuventus” və Yıldızla təmsilçisi Jorge Mendes vasitəsilə qurub. Futbolçu üçün 80 milyonluq büdcə ayrıldığı deyilir. Məlumata görə, “Yuventus” Kenan Yıldızı gələcək layihəsinin bir hissəsi hesab etsə də, Çempionlar Liqasına vəsiqə qazana bilməyəcəyi təqdirdə bəzi oyunçuları sata bilər. “Yuventus”un Yıldız üçün yüksək təklifləri nəzərdən keçirə biləcəyi iddia edilib.

Qeyd edək ki, Kenan Yıldız bu mövsüm “Yuventus”un heyətində 41 matçda 6 dəfə fərqlənib, 4 məhsuldar ötürmə edib. O, 2022-ci ildə “Bavariya”nın akademiyasından təmənnasız transfer olunub.

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button