AZERFAX TV

Tramp müharibənin eskalasiyası ideyasından buna görə imtina edib

ABŞ Prezidenti Donald Tramp İrana qarşı silahlı münaqişənin kəskin şəkildə eskalasiyası ideyasından hələlik imtina edib.

AZERFAX.AZ xəbər verir ki, bu barədə “The New York Times” qəzeti mənbələrə istinadla məlumat yayıb.

Nəşrin məlumatına görə, belə bir qərarın verilməsinin əsas səbəblərindən biri Pentaqonun Yaxın Şərqdə malik olduğu “Patriot” kompleksləri və digər hava hücumundan müdafiə vasitələri üçün Amerika ələkeçirici raketlərinin ehtiyatlarının azalması ilə bağlı narahatlıqlar olub.

Qəzet qeyd edir ki, Ağ Evdə həmçinin daha irimiqyaslı hərbi əməliyyatı həddindən artıq riskli hesab ediblər. Trampın müşavirləri münaqişənin regionun digər ölkələrinə yayılmasından, ABŞ-ın Fars körfəzindəki müttəfiqləri ilə münasibətlərin pisləşməsindən, həmçinin qlobal iqtisadiyyat üçün mümkün nəticələrdən, o cümlədən energetika böhranından və qaçqın sayının artmasından ehtiyat edirlər.

Qəzetin məlumatına görə, İran İraqın baş naziri vasitəsilə ötürülən ABŞ-ın atəşkəs təklifindən imtina edib. Tehran Hörmüz boğazına nəzarət məsələsini həllolunmamış qoyan müvəqqəti sazişdə maraqlı deyil. İran rəsmi şəxsləri bəyan ediblər ki, ölkənin silahlı qüvvələri kritik vacib infrastruktura zərbələr endiriləcəyi təqdirdə müharibənin mümkün genişlənməsinə hazırlaşırlar.

Hüseyn İbadlı

Related Articles

Bir cavab yazın

Back to top button