Azərbaycan güləşçilərinin rəqibləri onlar olacaq


Azərbaycan güləşçilərinin sabah Bakıda start götürəcək dünya çempionatında ilk rəqibləri müəyyənləşib.
Bu barədə AZERFAX.AZ-a Azərbaycan Güləş Federasiyasından məlumat verilib.
Milli Gimnastika Arenasında təşkil ediləcək mundiala yunan-Roma güləşçiləri start verəcək. Bu gün püşkatma mərasimi keçirilib və təmsilçilərimizin ilk rəqibləri müəyyənləşib.
45 kq
Təsnifat mərhələsi
Əli Cavadlı – Oqnyan Burqazov (Bolqarıstan)
48 kq
1/8 final
Ömər Salmanov – Avinaş Çetake (Hindistan)
51 kq
Təsnifat mərhələsi
Abdulrəhman Hüseynli – Kuanişbek Janqajol (Qazaxıstan)
55 kq
Təsnifat mərhələsi
Qurban Məcnunov – Alixan Minazarov (Qırğızıstan)
60 kq
Təsnifat mərhələsi
Elmir Çərkəzov – Nurali Askar (Qazaxıstan)
65 kq
Təsnifat mərhələsi
Orxan Həbibli – Qaspar Sançez (Çexiya)
71 kq
Təsnifat mərhələsi
Nadir Həsənov – Mahdi Azizboyev (Tacikistan)
80 kq
Təsnifat mərhələsi
İsfahan Həsənov – Toma Yelenç (Xorvatiya)
92 kq
Təsnifat mərhələsi
Zöhrab Səfərov – Hlib Yevsieyev (Ukrayna)
110 kq
Təsnifat mərhələsi
Emin Baxşəliyev – Andrey Simiç (Serbiya)
Xatırladaq ki, ilkin mərhələ görüşləri 10:30-da start götürəcək. 17:15-də yarışın açılış mərasimi, 18:00-da isə yarımfinallar başlayacaq.



