Dünya

Bayden xərçəng müalicəsinin fəsadları ilə üzləşdi

Birləşmiş Ştatların 83 yaşlı sabiq Prezidenti Co Bayden metastatik xərçəng xəstəliyi ilə mübarizə aparır.

AZERFAX.AZ “The Washington Post”a istinadla xəbər verir ki, siyasətçi müalicədən sonra nəzərəçarpacaq dərəcədə zəifləyib.

Jurnalistlərin məlumatına görə, Bayden Oval kabineti tərk etdiyi vaxtdan bəri yaxınlarının – qohumlarının, uzunmüddətli dostlarının və köməkçilərinin dar dairəsindədir. Mənbələr iddia edirlər ki, ağır xəstəlikdən müalicə davam edir və sabiq Amerika liderinə kömək göstərir, lakin müalicənin fəsadları onu qüvvədən salıb.

Anonim mənbələrin bildirdiyinə görə, prezidentlikdən sonrakı 18 ay Bayden üçün xəstəliklə kölgələnib: xərçəngə qalib gəlməyə hər keçən gün daha çox vaxt sərf olunur, qalan vaxtı isə o, ailəsinə və öz siyasi irsinin formalaşdırılması səylərinə həsr edir.

Bununla da Ağ Evin sabiq rəhbəri sələflərindən fərqlənir, çünki onun ictimai çıxışlarının qrafiki kifayət qədər məhduddur, hələlik miqyaslı xeyriyyə və ya siyasi struktur yaradılmayıb, həmçinin prezident kitabxanası üçün vəsait toplanmayıb.

WP jurnalistlərinin fikrincə, bu faktlar onun dövlət başçısı postundakı keçmiş səlahiyyət müddətinin necə xatırlanacağına təsir etmək imkanlarını getdikcə azaldır.

Related Articles

Bir cavab yazın

Back to top button