AZERFAX TV
Estoniya-Rusiya sərhədində böyük növbə: Kamran Əbilov səbəbini açıqladı

Narvadakı nəzarət-buraxılış məntəqəsində Rusiyaya daxil olmaq istəyən estoniyalıların böyük növbəsi yaranıb.
AZERFAX.AZ xəbər verir ki, bunu Rusiyanın Tallindəki müvəqqəti işlər vəkili Kamran Əbilov “RİA Novosti agentliyinə verdiyi müsahibədə bildirib.
“Hazırda Narva bölgəsində sərhədi keçmək istəyən insanların gündəlik sayı Estoniya keçid məntəqəsinin tutumunu üstələyir”, – deyə o bildirib.
Eyni zamanda, Əbilovun sözlərinə görə, Estoniya hakimiyyəti saatlarla davam edən növbələrlə bağlı tənqidlərə cavab olaraq vətəndaşlara Rusiyaya səyahət etməkdən çəkinməyi tövsiyə edir.
Müəllif: Tural



