AZERFAX TV
Şahin Bağırov baş idarəyə rəis təyin etdi

Dövlət Gömrük Komitəsində (DGK) yeni təyinat olub.
AZERFAX.AZ “Unikal”a istinadən xəbər verir ki, bununla bağlı Dövlət Gömrük Komitəsinin (DGK) sədri, gömrük xidməti general-polkovniki Şahin Bağırov əmr imzalayıb.
Əmrə əsasən, gömrük xidməti polkovnik-leytenantı Orucov Faiq Eldar oğlu Daxilolmalara Nəzarət Baş İdarəsinin rəisi vəzifəsinə təyinat alıb.



