AZERFAX TV
Paşinyan Putinlə danışdı

Ermənistanın Baş naziri Nikol Paşinyan və Rusiya Prezidenti Vladimir Putin arasında telefon danışığı olub.
AZERFAX.AZ Ermənistan mediasına istinadən xəbər verir ki, telefon danışığı zamanı iki ölkə arasındakı iqtisadi münasibətlər və problemlər müzakirə edilib.
Paşinyan erməni mənşəli malların Rusiya bazarına ixracına qoyulan məhdudiyyətlərdən danışılb. O, bunun Ermənistan-Rusiya hüquqi bazasına və Avrasiya İqtisadi İttifaqının müddəalarına zidd olduğunu vurğulayıb. Baş nazir bu məsələlərin həlli üçün tədbirlər görülməsinin vacib olduğunu diqqətə çatdırıb.



